BƏƏ-İran-Türkiyə koridoru rəsmən açılışa hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

BƏƏ-İran-Türkiyə koridoru rəsmən açılışa hazırlaşır

Dünya

24 Noyabr 2021 22:38 849


Birləşmiş Ərəd Əmirliyinin (BƏƏ) nümayəndə heyəti BƏƏ-İran-Türkiyə dəhlizinin rəsmi açılışı üçün yaxın günlərdə Tehrana səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə İran Gömrük və Tranzit İdarəsinin baş direktoru Cavad Hidayəti açıqlayıb.

Onun sözlərinə görə, İran-Türkiyə dəhlizinin rəsmi açılışı üçün yaxın günlərdə BƏƏ nümayəndə heyəti Tehrana səfər edəcək. Toyuqlu pizza

BƏƏ ilə Türkiyə arasında ilk avtomobil daşımaları bu yaxınlarda həyata keçirilib.

Bəzi iqtisadçılar hesab edir ki, BƏƏ-nin mallarını Türkiyəyə, oradan da Avropaya daşımaq üçün İran ərazisindən istifadə etmək istəməsinin səbəblərindən biri də Qahirə hökumətinin Süveyş kanalından keçid üçün rüsumların artırmasıdır.

BƏƏ vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nəhyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edəcək.

Əsas məsələ İrandan keçən dəhlizlə Türkiyəyə ticarət yolunun açilması olacaq. Sözügedən dəhlizlə malların çatdırılıması 3 dəfə sürətlənəcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!