Bəhram Bağırzadə zibilliyi torpaq sahəsi kimi “reklam etdi”   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bəhram Bağırzadə zibilliyi torpaq sahəsi kimi “reklam etdi” - VİDEO

Şou

30 İyul 2025 09:38 726


Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə etdiyi ironiyalı paylaşımı ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, tanınmış sənətçi "İnstagram" hesabında Xəzər rayonu, Şimal Dreslə Mayak çimərliyi arasında yerləşən, tullantılarla dolu bir ərazinin görüntüsünü paylaşaraq onu "satışa" çıxardığını bildirib.

"Şimal Dresdə 12 sotluq bağ sahəsi var, sizə təklif edirəm. Hasarı da var, qiyməti də çox yaxşıdır. Zəng vurun, ucuz qiymətə verə bilərəm. Çox yox, bir balaca əl gəzdirmək lazımdır", - deyə o, paylaşımında qeyd edib. Marqarita pizza

Qeyd edək ki, Bəhram Bağırzadənin bu paylaşımı ərazidəki antisanitar vəziyyətə və məişət tullantılarının yaratdığı mənzərəyə diqqət çəkmək məqsədi daşıyır. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!