Bəhruz Məhərrəmov kənd müəllimlərinə qahmar çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Bəhruz Məhərrəmov kənd müəllimlərinə qahmar çıxdı

Sosial

03 Fevral 2025 13:32 356


Kənd məktəbində müəllimlərin mübahisəsinin, yaxud bir müəllimin hər hansı pozuntu törətməsinin media səhifələrində yayımlanması cəmiyyətə heç nə vermir, ancaq müəllim kimliyini yerlə-yeksan edir.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputat Bəhruz Məhərrəmov parlamentin yaz sessiyasının ilk iclasında deyib.

O qeyd edib ki, müəllim adı qanunvericiliklə mühafizə olunmalıdır: pizza hut

"Hansısa müəllim fəaliyyətində nöqsana yol verirsə, məsuliyyəti daşımalıdır, lakin belə məsələləri ictimailəşdirib müəllimə hörmətin dağılmasına yol vermək olmaz".

Deputatın sözlərinə görə, məktəblərdə baş verən hadisələrin sosial mediada yayılması yaxşı nəticələr vermir.

"Problemlər bütün sahələrdə var, problemli, sinif otağına buraxılmamalı insanlar müəllimliyə yol tapa bilir, amma bu problemlər yerində həllini tapmalıdır, bir-iki problemə görə müəllim kultunu zədələməməliyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!