Belarus hərbi tibb mütəxəssisləri Azərbaycanda - Foto

saytların hazırlanması

Evə çatdırılma

Belarus hərbi tibb mütəxəssisləri Azərbaycanda - Foto

Maraqlı

22 Sentyabr 2021 18:08 1418


Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Tibb İdarəsində tibb təminatı məsələləri üzrə işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, əvvəlcə qonaqlara Azərbaycan Ordusunda cərrahi və terapevtik xidmətlərin təşkili, eləcə də sanitar-gigiyenik və əks-epidemik tədbirlər barədə brifinq təqdim edilib.

Görüşdə hər iki ölkənin hərbi tibb mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin təşkili ilə bağlı ətraflı müzakirələr edilib. Toyuqlu pizza

Sentyabrın 23-dək davam edəcək səfər çərçivəsində Belarus nümayəndə heyətinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə ziyarəti planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!