Belçikadan Rusiyaya banan qutularında kokain göndərdilər

saytların hazırlanması

Evə çatdırılma

Belçikadan Rusiyaya banan qutularında kokain göndərdilər

Maraqlı

23 Dekabr 2023 12:01 937


Son illərin ən böyük narkotik bağlaması Rusiyanın Sankt-Peterburq limanında yaxalanıb. 

Yenisabah.az xəbər verir ki, Sərhəd Gömrük Mühafizə bölməsinin verdiyi açıqlamada Belçikadan Sankt-Peterburq limanına gələn banan qutularında 100 kq kokain aşkarlanıb. 

Gömrükçülər tərəfindən aşkar edilən psixoaktiv maddə içərisində meyvə olan qablarda daşınıb.  Toyuqlu pizza

Texnoloji soyutma qurğusunun boşluqlarına yerləşdirilən kokain paketləri aşkar edilib. Müsadirə edilən narkotik vasitələrin marşrutu ilə bağlı əldə edilən məlumatlar Rusiya Daxili İşlər Nazirliyinin istintaq bölmələrinə göndərilib. 

Qadağan olunmuş maddələrin yayılması ilə bağlı 2 cinayət işi açılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!