Belçikalı ulduz “Qalatasaray”ın gündəmində

saytların hazırlanması

Evə çatdırılma

Belçikalı ulduz “Qalatasaray”ın gündəmində

İdman

05 Aprel 2025 09:46 253


“Qalatasaray” “Mançester Siti”nin belçikalı futbolçusu Kevin De Bröyne üçün elçi düşüb. İstanbul nəhənginin 33 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı İngiltərə klubu ilə danışıqlara başladığı deyilir.

Yenisabah.az xəbər verir ki, futbolçunun “mavilər”lə müqaviləsi bu mövsümün sonunda bitəcək. “Mançester Siti” De Bröyne ilə yeni müqavilə imzalamağa isti yanaşmır.

Qeyd edək ki, Kevin De Bröynenin transferi üçün “Qalatasaray” bir sıra ərəb və Avropa klubları ilə rəqabət etməlidir. Çıxış etdiyi komandalarda bir növ “nemət” olan Kevin De Bröyne hücumameyilli yarımmüdafiəçi, cinah vinger, vinger, oyun qurucu kimi mövqelərdə çıxış etməyi bacarır. O, bu günədək “Mançester Siti” ilə çıxdığı 413 oyunda 106 qol və 174 assistlə yadda qalıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!