Qarabağ ermənilərinin separatçı rejimə qarşı etirazları davam edir.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, Xankəndidə yaşayan Elinar Poqosyan adlı qadın marketdən aldıqları çörəyin şəklini paylaşaraq Araik Arutyunyanı sıravi erməniləri ac saxlamaqda ittiham edib.
“Bu, necə bir çörəkdir axı? Bu gün Xankəndidə hamı deyir ki, belə getsə, Araik ermənilərə eşşək əti yedirdəcək. Belə çörək olar? Bunun mayası haradadır? Bunun keyfiyyətinə nə olub? Milləti qırmaqla əlinizə nə keçəcək?! Özünü tox yaşayırsınız, amma bizə belə çörəyi rəva bilirsiniz”, – deyə o, sosial şəbəkə hesabında yazıb. Toyuqlu pizza
Erməni qadın "humanitar fəlakət" iddialarını da yalanlayıb. O, separatçı liderlərin yağ-bal içində yaşadıqlarını bildirib.
Telegram kanalımız