“Belə söhbət yoxdur. Gərək, Allahın icazəsi olsun”  - Şeyxin qudası

saytların hazırlanması

Evə çatdırılma

“Belə söhbət yoxdur. Gərək, Allahın icazəsi olsun”  - Şeyxin qudası

Din

18 Fevral 2023 07:03 8734


Sabiq deputat Qalib Salahzadə bu il Həcc ziyarətinə ayrılacaq vəsaitin Türkiyəyə yardım üçün göndərilməsi təklifinə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, Q.Salahzadə Pravda.az-a müsahibəsində deyib ki, zəlzələ də, Həcc ziyarəti də Allahın işidir.

“Mən Allahın işinə qarışa bilmərəm. Allah özü nə məsləhət bilirsə, onu edir. Allah bilən məsləhətdir. Həcc ziyarətinə kim istəsə, gedə bilir bəyəm? Belə söhbət yoxdur. Gərək, Allahın icazəsi olsun. Eynilə zəlzələ də… Bir neçə saat əvvəl Türkiyədə dağıntılar altında bir nəfər də sağ çıxdı. Yəni hamısı Allahın işidir. Mən Allah deyənlə razıyam. Nə deyə bilərəm?”, - Q.Salahzadə qeyd edib. Pepperoni pizza

Xatırladaq ki, Qalib Salahzadə özü 32 dəfə Həcc ziyarətinə gedib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!