Bələdiyyə üzvü seçildiyi üçün Qəbələdə qonaqlıq verdi - Hesabı ödəməyib qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə üzvü seçildiyi üçün Qəbələdə qonaqlıq verdi - Hesabı ödəməyib qaçdı

Sosial

03 Fevral 2025 21:06 405


Ağcabədidə kəndlərin birində bələdiyyə üzvü seçilən şəxs Qəbələ şəhərində qalmaqala səbəb olub.

Yenisabah.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Elşad Məmmədov (şərti) Ağcəbədinin kəndlərinin birinin bələdiyyə üzvü seçildiyi üçün iki dostuna Qəbələdəki restoranların birində qonaqlıq verib.

Dostlar yeyib-içdikdən sonra 225 manat hesab gəlib. Elşad Məmmədov üzərlərində o qədər pul olmadığı üçün hesabı bir neçə gün sonra ödəmək üçün restoran rəhbərliyindən vaxt istəyib. Amma restoran sahibi pulu tələb etdiyi üçün aralarında mübahisə yaranıb. Toyuqlu pizza

Elşad Məmmədov dostları ilə birgə restorandan qaçıb. Restoran sahibinin şikayəti əsasında isə saxlanılıb.

Ona İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, Elşad Məmmədov dostları ilə birgə sərxoş olduğundan sözügedən hadisəni törədib.

O, məhkəmənin qərarı ilə 50 manat cərimə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!