Səudiyyə Ərəbistanı "Əl-İttihad"ının hücumçusu Kərim Benzema sabiq klubu "Real"dan danışıb.
Yenisabah.az xəbər verir ki, 36 yaşlı hücumçu 2023-cü ilin yayında "Əl-ittihad"a keçidinin səbəbini belə izah edib:
"Mən niyə "Real"dan ayrıldım? Çünki klubla hər şeyə nail oldum. “Real”a uşaq vaxtı gəlmişdim. Çoxlu kuboklar qazandım və komandadan “Qızıl top” sahibi kimi ayrıldım. Bütün arzularım gerçəkləşdi". Marqarita pizza
Benzema "Əl-İttihad"la "Real"ı müqayisə edib:
"İspaniyada və onun xaricində çıxış etmək tamamilə fərqli şeylərdir. "Əl-İttihad"da hər şey "Real"dakından fərqlənir. Səudiyyə Ərəbistanında oynamaq çox çətindir. Çünki həmişə qalib gəlmək lazımdır".
Telegram kanalımız