Benzinin qiyməti haqda VACİB AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Benzinin qiyməti haqda VACİB AÇIQLAMA

İqtisadiyyat

13 İyul 2025 16:45 2404


Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə və 19 yanvar 2001-ci il qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 200 manatdan 1 manata endirilib. Bəs, bu qərar yanacağın qiymətinə təsir edəcəkmi?

Mövzu ilə bağlı Manset.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda həm dizel, həm də 92 markalı benzinin qiyməti dövlət tərəfindən - Tarif Şurası vasitəsilə tənzimlənir. Sezar pizza

O qeyd edib ki, buna görə də, bu yanacaq növlərinə tətbiq olunan aksiz və ya digər rüsumlardakı dəyişikliklər birbaşa qiymətlərə təsir etmir.

"Son dövrlərdə Azərbaycan xaricdən daha çox dizel və 92 oktanlı benzin idxal edir. Xaricdən alınan yanacağın qiymətində artımın qarşısını almaq və yerli şirkətlərə əlavə yük düşməməsi üçün dövlət bu sahədə müəyyən qərarlar qəbul edib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!