Bərdədə avtomobil kanala aşdı: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə avtomobil kanala aşdı: Ölən və yaralananlar var

Hadisə

17 Mart 2020 01:57 970


Bərdə rayonunun Lənbərən kəndi ərazisində minik avtomobili kanala aşıb.  

"Yeni Sabah" xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşaraq su kanalına düşüb.  

Avtomobildə olan qadın sərnişin - 1973-cü il təvəllüdlü Həsənova Sədagül Qəşəm qızı həyatını itirib.   Marqarita pizza

Dörd nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Gülüstan qəsəbə sakinləri - 1988-ci il təvəllüdlü Mirzəyeva Günel İbrahim qızı, sürücü 1993-cü il təvəllüdlü Xuduzadə Ceyhun İlham oğlu, 1972-ci il təvəllüdlü Həsənova Heyran Kamran qızı və 1991-ci il təvəllüdlü Mirzəyev Səxavət Yaqub oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.  

Faktla bağlı araşdırma başlanıb. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!