Bərdədə güclü yanğın baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə güclü yanğın baş verdi

Hadisə

15 Aprel 2020 00:59 697


Bərdə rayonun Həsənqaya kəndində ümumi sahəsi 420 kvadratmetr olan tikilidə yanğın hadisəsi baş verib. 

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a daxil olan məlumata görə, nəticədə bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin - çörəkbişirmə sexinin, avtoyuma məntəqəsinin və qaynaq sexinin lambirindən ibarət tavanı və taxta materiallardan ibarət çardağı 150 kvadratmetr sahədə, qaynaq sexində olan “Mercedes” markalı mikroavtobus yanıb. 

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Dördpendirli pizza

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!