Beş küçə təmir edildi

saytların hazırlanması

Evə çatdırılma

Beş küçə təmir edildi

Sosial

03 Aprel 2019 20:05 812


Xəzər rayonu Şüvəlan və Buzovna qəsəbələrində 5 küçə təmir edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Yeni Sabah"a verilən məlumata görə, rayonun Şüvəlan qəsəbəsində təmir işləri aparılan 1540 metr uzunluğu və 9.5 metr eni olan Almaz İldırım küçəsi, həmçinin uzunluğu 700 metr, eni isə 5.5 metr olan Bağ küçəsidir. Almaz İldırım küçəsində 14600 kv.m, Bağ küçəsində isə 4400 kv.m sahədə yol yatağı profilə salınıb, yol əsası tikilib və yeni asfalt-beton örtüyü döşənib.

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində rayonun Buzovna qəsəbəsində isə 3 küçədə təmir-tikinti işləri aparılaraq yekunlaşıb. Bu uzunluqları 1.6 km olan Natavan, 1 km olan Allahverdi Əfəndiyev və 1.6 km olan Ayna Sultanova küçələridir. Küçələrin enləri 5-6 metr arası dəyişir. pizza

Natavan küçəsinin 8 min kv.m., Allahverdi Əfəndiyev küçəsinin 6 min kv.m., Ayna Sultanova küçəsinin isə 9600 kv.m sahəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülərək kipləşdirilib və yol əsası tikilib, yolun hərəkət hissəsi profilə salınıb və asfaltlanma işləri görülüb.

Bu küçələr əsas istifadə olunan yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarıb.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılıb. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!