"Beşiktaş" rəhbərliyi Türkiyə Super Liqasının 24-ci turunda "Qalatasaray"la keçiriləcək oyun üçün böyük məbləğdə mükafat ayırıb.
“Yeni Sabah” xəbər verir ki, İstanbul klubu derbidə qələbə qazansa, hər futbolçu 100 min lirə mükafat alacaq. Bundan başqa, 23-cü tur çərçivəsində evdə "Başakşəhər"i üstələdikləri üçün nəzərdə tutulan 60 min lirə mükafat "Qalatasaray"la oyun ərəfəsində futbolçuların hesablarına köçürüləcək.
Qeyd edək ki, 30 turdan sonra turnir cədvəlinə 62 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 60 xalla ikinci, "Beşiktaş" 59 xalla üçüncü pillədədir pizza mizza
Telegram kanalımız