Bəstəkar Oqtay Rəcəbov vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Bəstəkar Oqtay Rəcəbov vəfat etdi

Mədəniyyət

15 Dekabr 2022 17:08 1769


Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bəstəkar 81 yaşında dünyasını dəyişib. Toyuqlu pizza

O.Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb. Ü.Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professoru olub.

O, 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir. O.Rəcəbovun uşaq mahnıları 6 məcmuədə çap olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!