Betonlanan ağacın dibi təmizləndi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Betonlanan ağacın dibi təmizləndi - Foto

Sosial

29 İyul 2020 14:42 654


Nərimanov rayonunda ağacın dibi betondan təmizlənib. 

ETSN-dən Yenisabah.az-a daxil olan məlumata görə, rayonun Əlicabbar Orucəliyev küçəsi 11 ünvanında ağacın dibinin betonlanması ilə bağlı quruma daxil olan məlumat yerində araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan şirkətin özü tərəfindən ağacın dibinin betondan təmizləndiyi və suvarıldığı müəyyən edilib.  pizza sifarişi

Ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə MTK-ya icrası məcburi olan məcburi göstəriş verilib: “Sahibkarlara, tikinti şirkətlərinin nümayəndələrinə müraciət edirik ki, tikinti və abadlıq işləri aparılan zaman yaşıllıq sahələrinə diqqət göstərsinlər, yaşıllıqların məhvinə yönələn addımlardan çəkinsinlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!