BƏXTƏVƏR! Lotereyada 130 milyon avro uddu

saytların hazırlanması

Evə çatdırılma

BƏXTƏVƏR! Lotereyada 130 milyon avro uddu

Maraqlı

30 Sentyabr 2023 11:08 636


Fransa sakini EuroMillions (“Euromillions”) lotereyasında 130 milyon avro udub. 

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, son bir ayda ikinci belə böyük uduşdur. 

Sentyabrın əvvəlində daha bir Fransa sakini EuroMillions lotereyasında 109 milyon avro udmuşdu.  Marqarita pizza

2022-ci ilin iyul ayında Böyük Britaniya sakini EuroMillions lotereyasında lotereya tarixində ən böyük uduşa nail olmuş - 195 milyon funt sterlinq qazanmışdı.

EuroMillions lotereyasının ilk tirajı 13 fevral 2004-cü ildə üç ölkədə keçirilib: Fransa, İspaniya və Böyük Britaniya. 2004-cü ilin oktyabrında lotereyaya daha altı ölkə qoşulub: Lüksemburq, Belçika, İsveçrə, Portuqaliya, İrlandiya və Avstriya.

Uduşlardan yalnız İsveçrədə vergi tutulur. Bir lotereya biletinin qiyməti 2 avro yarımdır. Ümumilikdə lotereyada 200 milyona yaxın insan iştirak edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!