Bəxtiyar Hacıyev özünü yandırmaq istəyib - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Hacıyev özünü yandırmaq istəyib - RƏSMİ

Hadisə

09 Mart 2022 15:58 798


Bəxtiyar Hacıyev bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə DİN-in inzibati binasının qarşısına gəlib. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumatda bildirilib.

“Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar. Dördpendirli pizza

Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir”, - rəsmi məlumatda vurğulanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!