Bəxtiyar Hacıyev yenidən məhkəməyə gətirilir

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Hacıyev yenidən məhkəməyə gətirilir

Maraqlı

01 Oktyabr 2023 22:49 1597


Oktyabrın 2-də Xətai Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə bağlı məhkəmə prosesi keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə B.Hacıyevin vəkili bildirib.

Onun sözlərinə görə, saat 15:00-da keçiriləcək prosesdə B.Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı ittiham tərəfinin təqdimat və vəsatətinə baxılacaq. Toyuqlu pizza

Qeyd edək ki, B.Hacıyevin həbs müddəti sonuncu dəfə iyulun 22-də 2 ay 10 gün müddətinə uzadılmışdı.

Xatırladaq ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193 (yalançı sahibkarlıq), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!