Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirinə mahnı bəstələndi - Video

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirinə mahnı bəstələndi - Video

Mədəniyyət

30 Dekabr 2020 18:24 1493


Azərbaycanla Türkiyə arasındakı köklü əlaqələrə diqqət çəkmək istəyən musiqiçi Murad Gönüllü Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin müəllifi olduğu “Azərbaycan-Türkiyə” şeirini notlara çevirib.

Yenisabah.az xəbər verir ki, M.Gönüllü iki ölkənin eyni dini, dili, tarixi, mədəniyyəti və ümumi gələcək idealı olduğunu vurğulamaq istədiyini qeyd edib.

“Azərbaycan Qarabağda böyük bir uğur qazandı. Bu münasibətlə iki ölkənin nümunəvi həmrəyliyinə dəstək olmaq və Azərbaycanın Türkiyədəki təbliğatına töhfə vermək üçün Azərbaycan- Türkiyə  mahnısını bəstələdim və oxudum”, - deyə o vurğulayıb. Marqarita pizza

Musiqiçi tərəfindən ifa edilən mahnının aranjimançısı Fərid Mərddir. Murad Gönüllü və Stare Yıldırımın rejissorluğu ilə “kollaj texnikası” ilə hazırlanan klipin studiya və post istehsalı İstanbul Film Makers şirkətinin dəstəyi ilə hazırlanıb.

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!