Hindistanda bir qadın nişanlısı mərasimə gecikdiyi üçün toy günü başqa kişi ilə evlənib.
Yenisabah.az “India Today”ə istinadla xəbər verir ki, hadisə Maharaştra əyalətinin Malkapur Pangra kəndində baş verib.
Məbəddə toy mərasimi saat 16-ya təyin olunub. Bəy tədbirə dörd saat gecikdikdən və mərasimə yalnız axşam saat 8-də gəldikdən sonra planlar dəyişib. Gəlinin anası bildirib ki, bəy başqa şeylərlə yanaşı, içkili olub və dostları ilə dava edib. pizza sifarişi
Gəlinin atası nikahdan qəti şəkildə imtina edib və elə həmin gün qızını qardaşı oğluna ərə vermək qərarına gəlib.
Telegram kanalımız