Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Kamaz” markalı yük maşını qarşıdan gələn “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Nəticədə “Mercedes”də olan sərnişin, 1994-cü il təvəllüdlü Xıdırlı Aişə Mətləb qızı hadisə yerində ölüb. Marqarita pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız