Beyləqanda antiterror şəhidi məzarı başında anıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda antiterror şəhidi məzarı başında anıldı - Fotolar

Sosial

19 Sentyabr 2024 16:45 367


Beyləqan rayonunun Birinci Şahsevən kəndində antiterror əməliyyatlarında şəhid olan Fətizadə Fəti Ağamoğlan oğlunun məzarı ziyarət olundu. 

Ziyarətdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Ramazan Hadıyev, rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısı aparatının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidlərin yaxınları iştirak ediblər. Ziyarətçilər şəhidlərin məzarlarına tər gül dəstələri düzüb, ruhlarına dualar oxuyaraq xatirələrini ehtiramla yad ediblər.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidlərin ailə üzvlərinə başsağlığı verib, Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələnən lokal xarakterli antiterror əməliyyatında şəhidlik zirvəsinə ucalan hər bir qəhrəmanın qürur yerimiz olduğunu, yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd edib. pizza mizza

Qeyd edək ki, Fətizadə Fəti Ağamoğlan  oğlu 1998-ci  il iyun ayının 10 -da Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuşdur. 

Fətizadə Fəti Vətən müharibəsi iştirakçısı olub, Qubadlı, Füzuli, Şuşa, istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Fətizadə Fəti Ağamoğlan oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu Qırmızı Bazar kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Fətizadə Fəti Ağamoğlan oğlu Beyləqan rayonu Birinci Şahsevən kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir. 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Fətizadə Fəti Ağamoğlan oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən çoxsaylı  medallar və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!