Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirən şəxsdən xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirən şəxsdən xəbər var

Kriminal

05 Dekabr 2022 09:30 1300


Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yenisabah.az xəbər verir ki, bu barədə rayon məhkəməsində qərar elan olunub.

Belə ki, F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib. pizza

F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.

Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!