Beyləqan rayonunda bir ailənin 4 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin ittiham edildiyi maddə məlum olub.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata görə, ailələr arasında 2010-cu ildən ədavət olub. pizza sifarişi
F.Cəlilzadənin atası münaqişə zəminində qonşusu Nadir Quliyevi öldürməyə cəhd edib və o, məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Ailələr arasında münasibətlər daha da pisləşib.
Dekabrın 2-də F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.
Hazırda istintaq davam edir.
Telegram kanalımız