Beyləqanda kütləvi dava: ölən və yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda kütləvi dava: ölən və yaralanan var

Kriminal

14 Avqust 2019 12:41 1144


Beyləqanda kütləvi dava olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, avqustun 13-də Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi ərazisində kənd sakinləri E.Mürşüdov və onun qardaşı Şəmistan ilə S.Qasımov və M.Yusifov arasında baş vermiş münaqişə zəminində E.Mürşüdov bıçaqla S.Qasımova və M.Yusifova xəsarət yetirib.

Nəticədə S.Qasımov hadisə yerində ölüb, M.Yusifov isə xəstəxanaya yerləşdirilib. pizza

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mürşüdov və Şəmistan saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!