Beyləqanda qətlə yetirilən şəxs əməkdar məşqçi və qazi imiş - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda qətlə yetirilən şəxs əməkdar məşqçi və qazi imiş - Fotolar

Kriminal

24 Dekabr 2022 11:51 33072


Xəbər verdiyimiz kimi, ötən gün Beyləqan rayonunda qətl hadisəsi baş verib.

Rayon ərazisində 1978-ci il təvəllüdlü Rafiq Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarəti yetirərək Kamil Fərzəliyevi qəsdən öldürüb.

“Yeni Sabah” qətlə yetirilən K. Fərzəliyev haqda maraqlı məlumat əldə edib. Füzuli rayon Dilağarda kəndindən olan Fərzəliyev ölkənin idman ictimaiyyətinə tanış olan şəxsdir. Toyuqlu pizza

1973-cü il təvəllüdlü Kamil Fərzəliyev güləş üzrə əməkdar məşqçidir. O, dəfələrlə dünya çempionu olan Eldəniz Əzizovun şəxsi məşqçisi olub.

Bundan başqa K. Fərzəliyev Birinci Qarabağ Müharibəsi qazisidir. Eyni zamanda Vətən Müharibəsində də iştirak edib, müharibə zamanı ən qaynar döyüş nöqtələrində olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!