Beynəlxalq axtarışda olan şəxs ekstradisiya olundu

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq axtarışda olan şəxs ekstradisiya olundu

Kriminal

25 İyul 2024 18:57 1378


Saxta pul hazırlamada təqsirləndirilən Türkmənistan vətəndaşı, 1994-cü il təvəllüdlü Hacımuhammet Bekcanov ölkəsinə ekstradisiya edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

H.Bekçanov 2019-cu ildə beynəlxalq axtarışa verilib və Azərbaycan Respublikası Baş Prokurorluğu onun ölkəsinə verilməsinə dair Türkmənistanın Baş Prokurorluğunun vəsatətini təmin edilib. Pepperoni pizza

Hacımuhammet Bekcanov 2024-cü ilin mart ayında Azərbaycanda müəyyən edilərək həbs edilib.

O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanlarına təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!