Mehdiyev Gürcüstanda tutularaq Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Mehdiyev Gürcüstanda tutularaq Azərbaycana gətirildi

Hadisə

31 Oktyabr 2025 12:44 1131


Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Mehdiyev Samir Salah oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Bu barədə "Yeni Sabah"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, İmişli rayon polis şöbəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Samir Mehdiyevin Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü (dələduzluq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarış elan olunub. Toyuqlu pizza

Samir Mehdiyev Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!