Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar baş verib.
“Yeni Sabah” xəbər verir ki, İlham Həbibullayev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
1977-ci il təvəllüdlü İlham Həbibullayev 1997-ci ildə BDU-nun Tarix fakültəsini bitirib. 2001-ci ildə İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsindən məzun olub. Bank sektorunda 20 illik təcrübəyə malik İlham Həbibullayev ayrı-ayrı banklarda müxtəlif vəzifələrdə çalışıb. Marqarita pizza
2010-2017-ci illərdə "Exspressbank" ASC-nin İdarə Heyəti sədrinin müavini, 2017-ci ildən 2019-cu ilin sentyabrına qədər həmin bankın İdarə Heyətinin sədri olub. Son təyinata qədər Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin strateji layihələr üzrə müşaviri vəzifəsində çalışıb.
Telegram kanalımız