Beyons “Emmy“ mükafatını qazandı

saytların hazırlanması

Evə çatdırılma

Beyons “Emmy“ mükafatını qazandı

Şou

13 Avqust 2025 17:00 296


Məşhur müğənni Beyons karyerası ərzində ilk dəfə “Emmy” mükafatının əldə edib.

Yenisabah.az xəbər verir ki, sənətçi "Beyonce Bowl" şousu ilə “Variety", "Nonfiction" və ya "Reality” proqramları üçün “ən yaxşı kostyum” kateqoriyasında qalib gələn yaradıcı heyət üzvlərindən biri olub.

Bu xüsusi mükafat rəsmi komitə tərəfindən təqdim edilir və qaliblər 7 sentyabrda keçiriləcək Yaradıcı Sənətlər “Emmy” mükafatlandırma mərasimində təltif olunacaqlar. Dördpendirli pizza

Beyons indiyədək 10 dəfə “Emmy”yə namizəd olub, lakin bu, onun ilk qələbəsidir. 

İndi o, prestijli “EGOT” klubuna daxil olmaq üçün yalnız “Oskar” və “Toni” mükafatlarını qazanmalıdır.

Qeyd edək ki, “Primetime Emmy” mükafatları 14 sentyabr 2025-ci ildə təqdim olunacaq.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!