Beytulla Hüseynov da əfv olundu

saytların hazırlanması

Evə çatdırılma

Beytulla Hüseynov da əfv olundu

Kriminal

16 Mart 2019 21:01 1205


Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov da prezidentin əfv siyahısına düşüb.

“Yeni Sabah” xəbər verir ki, 2017-ci ildə B.Hüseynov 13 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 7 il 6 aya endirilmişdi.

Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu B. Hüseynov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə ittiham olunurdu. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!