Bəzi yerlərdə səhərədək şimşək çaxıb, yağış yağıb

saytların hazırlanması

Evə çatdırılma

Bəzi yerlərdə səhərədək şimşək çaxıb, yağış yağıb

Sosial

17 Avqust 2020 11:44 839


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, avqustun 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağışın miqdarı Göygöldə 12, Gədəbəydə 10, Daşkəsəndə 9, Tərtərdə 8, Naftalanda 6, Şahbuz, Ağdərədə 5, Şərur, Ağdam, Astara, Bərdədə 4, Kişçay (Şəki), Zərdabda 3 m, Sədərək, Gəncə, Şamaxı, Mərəzə, Beyləqan, Yardımlıda 2, Naxçıvan, Ordubad, Şəmkir, Şəki, Quba, Qırız, Göyçay, Sabirabad, Cəfərxan, Biləsuvar, Lerik, Şahdağda 0-1 mm, Bakıda 6 mm (aylıq normanın 98 faizi) olub. pizza hut

Şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Naftalanda 18 m/s, Neft Daşları stansiyasında 15 m/s-dək güclənib, dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Havanının temperaturu iqlim normasından 1 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-30, aran rayonlarında 27-32, dağlıq rayonlarda 13-19, Naxçıvan MR-da 29-31 dərəcə isti olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!