“Bəziləri onsuz da bir gün öləcəyik deyirlər...”   - Psixoloq

saytların hazırlanması

Evə çatdırılma

“Bəziləri onsuz da bir gün öləcəyik deyirlər...” - Psixoloq

Sosial

29 İyul 2020 17:42 1618


Son zamanlar koronavirusa yoluxanların sayındakı azalma insanlar arasında yenidən mənfi tendensiya yaradıb. Əksəriyyət may ayında olduğu kimi, artıq virusdan qorxmamağa başlayıb. Kütlə elə əhvala bürünüb ki, sanki virus ölkəmizlə vidalaşıb, lakin vəziyyət ürəkaçan deyil. Belə ki, hər gün 7-8 ölüm, 400 civarı da yoluxma xəbəri eşidirik. Əhalimizi və aparılan testlərin sayını nəzərə aldıqda görürük ki, bu rəqəmlər heç də az deyil.

Maraqlıdır, belə gərgin vəziyyətdə insanlarda virusa qarşı qorxu hissinin yox olması nə ilə bağlıdır?

Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının həqiqi üzvü, ailə psixoloqu İlahə Dəmirbəy Yenisabah.az-a açıqlamasında bildirib ki, insanları qorxu altında saxlamaq da duz deyil, bu bizə sadəcə olaraq psixoloji immuniteti zəif olan insanlar bəxş edəcəkdir: Dördpendirli pizza

“Əslində, qorxu insanoğlunun ən gərəkli hislərindən biridir, lakin hər şeydə olduğu kimi, o da çox olarsa, bizi həyatdan, yaşamaqdan soyudar, ona görə də qorxu hissi sadəcə olaraq özünün təhlükəsizliyini təmin etmək üçün lazımdır. İnsanları qorxu altında saxlamaq da duz deyil, bu bizə sadəcə olaraq psixoloji immuniteti zəif olan insanlar bəxş edəcəkdir , ona görə də qorxub yaşamdan əl üzmək yox, sadəcə yaşamaq üçün mübarizə aparmaq lazımdır. İnam hissinə gəldikdə isə bu da qarşılıqlı olmalıdır, qarşı tərəf inam bəxş edirsə, biz ona inanırıq. Bəli, bir neçə tanınmış şəxsin və ya bir neçə insanın ailəsində xəstəlik və ölüm sayı artdıqca insanlarda ani ölüm qorxusu, bundan xilas olmaq üçün inam yaranır, lakin bu, elə də uzun müddət çəkmir, şəxsi müşahidələrimə görə deyə bilərəm ki, insanların çox hissəsi hər bir şeydə olduğu kimi, bu prosesi də zamanın axarına buraxıb, hətta bəziləri onsuz nə zamansa, öləcəyik deyərək bu fikirlə gedir. Bəli, qismən düzdür, nə zamansa öləcəyik , ona görə də məsuliyyətsiz və hər şeyi zamana buraxaraq yaşamaq olmaz. Hər birimiz nə zamansa yıxılmışıq, məgər yenidən gəzmirik mi?”. 

Psixoloq insanları qorxu, inam, inamsızlıq instinktlərini ta əzəldən insanoğlunda yaranan yaşam uğrunda mübarizə ilə əvəz etməyə çağırıb:

“Biz psixologiyada buna eros deyirik . Yaşam, sevgi, həyat uğrunda mübarizə deməkdir. Son vaxtlar insanların motivasiya əksikliyi, pandemiya şəraitindəki işsizlik, azadlığın qısıtlanması üst-üstə düşüb və yaşanan hadisələr əsəbləri tarıma çəkə bilir. Amma unutmayaq ki, COVID-19 virusu fiziki immuniteti zəif olanlarla yanaşı psixoloji immuniteti zəif olanlara da tez təsir edir. Ona görə də sadəcə gigiyenik qaydalara əməl edərək özümüzü və digər insanları qoruya bilərik, bugünkü yaşam uğrunda mübarizəmizin əsas təməli bu olmalıdır”. 

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!