Biləsuvarda avtomobil maneəyə çırpıldı:   sürücü öldü

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda avtomobil maneəyə çırpıldı: sürücü öldü

Hadisə

21 Sentyabr 2025 15:11 297


Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Mirzə Xıdır oğlu Mirzəyev minik avtomobilini idarə edərkən halı qəfildən pisləşib. Daha sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. pizza hut

Hadisə yerində həyatını itirən sürücünün ürək tutmasından vəfat etdiyi bildirilir.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!