Biləsuvarda avtomobildən silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Bəydili kənd sakini, əvvəllər məhkum olunmuş M.Əzizovun idarə etdiyi “VAZ-2107” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan nömrəsi silinmiş lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.
Telegram kanalımız