Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə 38 yaşlı Elnur Məmmədov saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, ondan ümumən 10 kiloqram tiryək və marixuana, həmçinin 855 ədəd narkotik və psixotrop tərkibli müxtəlif adlarda həblər aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. pizza sifarişi
Araşdırma aparılır.
Telegram kanalımız