Dünyanın ən varlı şəxslərinin siyahısında dəyişiklik olub.
"Yeni Sabah" "Forbes"ə istinadən bildirir ki, siyahıda ikinci yerdə qərarlaşan "Microsoft"un təsisçisi Bill Qeyts bir pillə geriləyərək 3-cü yerdə qərarlaşıb.
İkinci sıraya məşhur LVMH (Louis Vuitton Moet Hennessy) korporasiyasının rəhbəri 70 yaşlı Bernar Arno yüksəlib. Hazırda onun və ailəsinin sərvəti 107 milyard dollar təşkile dir. Dominos pizza
"Forbes"in reytinqində 1-ci yerin sahibi dəyişməyib. Hələ də dünyanın ən varlı adamı 112,4 milyard dollarlıq sərvətlə "Amazon" şirkətinin rəhbəri Ceff Bezosdur.
Telegram kanalımız