Bill Qeyts pandemiyanın bitəcəyi tarixi açıqladı

Bill Qeyts pandemiyanın bitəcəyi tarixi açıqladı

Sağlamlıq

18 Noyabr 2021 17:55 2468


“Microsoft”un yaradıcısı Bill Qeyts bəyan edib ki, gələn ilin yayında koronavirus daha az təhlükəli olacaq.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Qeyts  bu  barədə  iqtisadi forumda pandemiyanın mümkün inkişafı ssenarisi barədə danışarkən deyib.

"Yeni ştammlar ortaya çıxmasa, rəqəmlər mövsümi qripin göstəricilərindən də aşağı düşə bilər",- deyə, o əlavə edib. 

Bill Qeyts, həmçinin qeyd edib ki, koronavirus infeksiyası və qripə yoluxmanın, ölüm hallarının azalması iqtisadiyyatın tam bərpası üçün siqnal olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!