“Microsoft”un qurucusu Bill Qeytsin 27 illik həyat yoldaşı olan Melinda Qeytslə boşanma səbəbinin xəyanət olduğu üzə çıxıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ mediasında xəbərlər dərc edilib. Bill Qeytsin bir neçə qadınla həyat yoldaşına xəyanət etdiyi vuğulanıb. Onlardan birinin 2015-ci ildən bəri Bill və Melinda Qeyts Vəqfi üçün tərcüməçi olaraq çalışan Ze "Shelly" Vanq olduğu diqqətə çatdırılıb. Yazılanlara görə milyarder hər ayın müəyyən günlərində məşuqəsi ilə gizli görüşüb.
İddialar Çinin sosial media platforması “Weibo”da da yayıldıqdan sonra 36 yaşlı Vanq mətbuata açıqlama verib: Dominos pizza
“Bu şayiələrin zamanla aradan qalxacağını düşünürdüm. Bir yalanın belə sürətlə yayılacağını gözləmirdim. Bu iddiaların əsassız olduğunu sübut etmək üçün xərcləyəcəyim vaxta bir neçə kitab oxuya bilərəm. Ona görə də belə bir məcburiyyət görmürəm. İddiaları yalanlamaq üçün səy göstərən şəxslərə də ayrıca təşəkkür edirəm”.
Bildirək ki, Bill Qeytsin keçmiş sevgilisi Ann Vinblandla da hər il bir həftəlik görüşüb birgə vaxt keçirdiyi, Melinda Qeytsin isə bunlardan xəbərdar olduğu halda, səssiz qalmağı üstün tutduğu deyilir.
Telegram kanalımız