“Telman Adıgözəlov deyəndə ümumilikdə ata-oğul münasibətləri yadıma düşür. Yəni sırf bir xatirə deyil, atanın oğlu ilə keçirdiyi vaxtlar, yaşadığı günlər, göstərdiyi qayğı...”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında mərhum aktyor Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov deyib:
“Ən çox sevdiyim “Evləri köndələn yar” tamaşasındakı obrazıdır. O tamaşaya baxanda elə bilirəm ki, atamın real həyatdakı gəncliyidir. Onun bəyənmədiyim obrazı yoxdur desəm, yanılmaram. Atam gözəl aktyor olsa da, biz övladları olaraq onun yolunu davam etdirmək potensialını özümüzdə görməmişik. Bacım diş həkimidir. O bu sənəti seçmək istəsə də atam qoymazdı, etiraz edərdi. Mənim də aktyorluğa deyil, idman sahəsinə həvəsim olub. Əksi olsaydı, hər halda atam mənə kömək edərdi”. Dördpendirli pizza
Aktyorun oğlu atasının son günlərini belə xatırlayır:
“Atamın son günləri problemsiz, xoş keçib. Həmin vaxtlar normal günlərdən idi. Mən əsgərlikdə olduğum zaman 1 il müddətində heç görüşməmişdik. Hərdən düşünürəm ki, belə bir hadisənin olacağını , yəni əsgərlikdən qayıdandan bir müddət sonra atamı itirəcəyimi bilsəydim, onunla tez-tez görüşərdim, əsgərlikdə olsam da, yanıma gəlməsini istəyərdim. Sanki 1 il boşa getdi...”.
Qeyd edək ki, bu gün aktyorun anım günüdür.
Günay Rəsulqızı
Telegram kanalımız