Binəqədidə fəhlə hündürlükdən yıxılaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Binəqədidə fəhlə hündürlükdən yıxılaraq öldü

Hadisə

21 Fevral 2023 16:26 686


Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Yenisabha.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğu məlumat yayıb. 

Fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. pizza

Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!