Binəqədidə kanalizasiya quyularının qapaqları oğurlandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Binəqədidə kanalizasiya quyularının qapaqları oğurlandı - Fotolar

Maraqlı

09 İyun 2021 16:15 824


 Bakı şəhəri Binəqədi şossesi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qarşısındakı küçədə “Azərsu” ASC-yə məxsus 4 ədəd kanalizasiya baxış quyusunun və siyirtmə kamerasının qapaqları ötən gecə naməlum şəxslər tərəfindən oğurlanıb.

Yenisabah.az xəbər verir ki, faktla bağlı Binəqədi Rayon Sukanal İdarəsi tərəfindən Binəqədi Rayon Polis İdarəsinə müraciət olunub.   

Kanalizasiya baxış quyularının və siyirtmə kameralarının qapaqlarının oğurlanması ərazidə piyadaların və nəqliyyatın hərəkətinə təhlükə yaradır. Eyni zamanda quyuların kənardan bərk məişət tullantıları ilə dolmasına və istismarının çətinləşməsinə səbəb olur.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!