Biləsuvarda bir ailənin 4 üzvü pomidor turşusundan zəhərlənib.
"Yeni Sabah"ın xəbərinə görə, hadisə fevralın 1-də, rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Adil Əhmədov, həyat yoldaşı Mərifət Xasıyeva, onların övladları – 1991-ci il təvəllüdlü Amil Əhmədov və 1997-ci il təvəllüdlü Sevanə Əhmədova evdə hazırladıqları pomidor turşusundan zəhərlənib. Toyuqlu pizza
Daha sonra onlar fevralın 2-də Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə göndərilib.
Faktla bağlı araşıdrma aparılır. /Report
Telegram kanalımız