Bir ay əvvəl işdən çıxarılmışdı -   Yeni vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Bir ay əvvəl işdən çıxarılmışdı - Yeni vəzifəyə təyin olundu

Sağlamlıq

11 İyun 2026 09:29 1169


Azərbaycanın tanınmış pediatrı Azər Əhmədova yeni vəzifə verilib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, Universal Hospitalın direktoru təyin edilib.

A.Əhmədov bundan öncə Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, mayın 13-də vəzifəsindən azad olunub. Marqarita pizza

Qeyd edək ki, Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyədə Qazi Universitetində təhsilini davam etdirərək uzmanlıq dərəcəsi alıb.

O, 2005-2007-ci illərdə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında feldşer, 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında intern, 2008-2011-ci illərdə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatr, 2012-2015-ci illərdə Ankarada özəl tibb müəssisələrində Acil şöbə müdiri kimi çalışıb.

2020-ci ildə Bakı Sağlamlıq Mərkəzinin Pediatriya Mərkəzinin rəhbəri, 2020-2023-cü illərdə isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsini icra edib. 2023-cü və 2024-cü illərdə “Ege Hospital”da pediatr kimi çalışıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!