Bir ayda dörd oxşar hadisə: Hökumət hərəkətə keçdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bir ayda dörd oxşar hadisə: Hökumət hərəkətə keçdi - Foto

Dünya

29 Noyabr 2019 08:38 1270


CHP partiyasının Antalyanın Döşemealtı rayonu üzrə gənclər şöbəsinin keçmiş sədri Eren D. sianid turşusu içərək intihar edib.

"Yeni Sabah" "Sondakika"ya istinadən xəbər verir ki, 30 yaşlı Eren D. axşam saat 9 radələrində meşəyə gedib və intihar planı ilə bağlı dostlarına mesajlar yazıb. Dostları onun olduğu əraziyə çatanda Ereni avtomobilinin yanında ölü vəziyyətdə aşkarlayıblar. O, maşınının şüşəsinə özünü sianidlə zəhərlədiyinə dair qeyd asıb. 

Xatırladaq ki, bu ay ərzində Türkiyədə 3 ailənin üzvləri sianid içərək canlarına qəsd edib. İntiharları səs-küyə səbəb olan 4 bacı-qardaşdan sonra daha 4 nəfərlik (ata, ana və iki uşaq) ailə və 3 nəfərlik (ana, ata və uşaq) ailə oxşar formada həyatla vidalaşıb. pizza hut

Ard-arda baş verən intiharlar səbəbilə artıq hökumət hərəkətə keçib. Belə ki, sianidin vətəndaşlara satılmasına qadağa qoyulub. Bu barədə qərar “Resmi Gazete”də də yayımlanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!