Bir aydır itkin düşmüş kişinin meyiti meşədə tapıldı   - İntihar edib

saytların hazırlanması

Evə çatdırılma

Bir aydır itkin düşmüş kişinin meyiti meşədə tapıldı - İntihar edib

Hadisə

06 İyul 2020 19:50 845


Kür çayının Salyan rayon ərazisində yerləşən meşə zolağında kişi meyiti tapılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Tapılan meyitin şəxsiyyəti müəyyənləşdirilib. Bu şəxs bir ay əvvəl itkin düşmüş Beştalı kənd sakini, 1979-cu il təvəllüdlü Aqil Quliyevdir. Məlum olub ki, o, təxminən 28 gün əvvəl intihar edib. Marqarita pizza

Hazırda Salyan rayon prokurorluğu tərəfindən faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.

İntiharın səbəbləri araşdırılır.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!