Bir cümləsi başına iş açdı -   Ekrem İmamoğluna yeni zərbə

saytların hazırlanması

Evə çatdırılma

Bir cümləsi başına iş açdı - Ekrem İmamoğluna yeni zərbə

Dünya

07 Aprel 2026 09:59 372


Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi, İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri, hazırda həbsdə olan Əkrəm İmamoğlu barəsində yeni cinayət işi açılıb.

“Yeni Sabah” xəbər verir ki, araşdırma onun Bakırköy Respublika Prokurorluğu tərəfindən İstanbul 40-cı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas zamanı səsləndirdiyi fikirlər əsasında başlanıb.  

İddialara əsasən, İmamoğlu 6 aprel 2026-cı il tarixli məhkəmə iclasında ictimaiyyətdə “mənfəət məqsədli cinayət şəbəkəsi” istintaqı kimi tanınan iş üzrə çalışan məhkəmə və istintaq nümayəndələri barədə belə deyib: “Bu işdə yeganə cinayət şəbəkəsi ittiham tərəfidir”. Sezar pizza

Bildirilib ki, həmin ifadələr məhkəmə və istintaq orqanı əməkdaşlarına yönəldiyi üçün vəzifəsini yerinə yetirən dövlət məmurunu təhqir etmə kimi qiymətləndirilib və buna görə də prokurorluq tərəfindən araşdırmaya başlanıb.

Araşdırmanın Bakırköy Respublika Prokurorluğu tərəfindən aparıldığı, iş üzrə yoxlamaların davam etdiyi qeyd olunub.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!