“Ömrümün son günlərini Kəlbəcərdə keçirəcəm“   - Xərçəngdən əziyyət çəkən vəkil

saytların hazırlanması

Evə çatdırılma

“Ömrümün son günlərini Kəlbəcərdə keçirəcəm“ - Xərçəngdən əziyyət çəkən vəkil

Maraqlı

26 Oktyabr 2020 11:27 1276


Xərçəngdən əziyyət çəkən tanınmış vəkil Zülfiyyə Bayramova ömrünün qalan illərini Kəlbəcərdə keçirmək istədiyini bildirib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. Vəkil Kəlbəcərin işğaldan azad olunduğu xəbərini dörd gözlə gözlədiyini qeyd edib:

"Vətənimin, torpağımın hər qarışını sevirəm. Amma Kəlbəcərə olan sevgim bir başqadır. Kəlbəcərli deyiləm, uzaqdan, yaxından heç bir əlaqəm yoxdur. Amma o yerləri doğma sanıram özümə. Təsadüfən ad günüm də Kəlbəcərin işğal gününə düşdüyündən heç ad günü keçirmədim. Hər qələbə xəbərinin arasında Kəlbəcərin adını acgözlüklə axtarıram. Bilmirəm Kəlbəcər işğaldan azad oldu xəbərini eşidəndə nə olacaq, bəlkə də qəlbim sevincdən dayanacaq, bəlkə də nəbilim nələr olacaq. Allah o xəbəri tezliklə eşitməyi nəsib etsin. Söz: bir daxma alıb ömrümün son günlərini Kəlbəcərdə keçirəcəm". Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!